AZERFAX TV

Rusiya diplomatı Litva XİN-ə çağırıldı

Rusiya diplomatı Litvanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.

Məlumata görə, Ukraynaya endirilən son kütləvi zərbələrlə əlaqədar ona etiraz notası təqdim edilib.

“Litvanın Xarici İşlər Nazirliyi Kiyevdə və Ukraynanın digər rayonlarında dinc sakinlər arasında çoxsaylı tələfata səbəb olan son kütləvi hücumlarla əlaqədar etiraz notası təqdim etmək üçün Rusiya diplomatını çağırıb. Litva tərəfi, həmçinin, Rusiya Xarici İşlər Nazirliyi nümayəndələrinin Baltikyanı ölkələrə qarşı yönəlmiş yalan bəyanatlarını rədd edib”, – deyə bildirilib.

Qeyd edək ki, bu gün Rusiyanın pilotsuz uçuş aparatları ilə Kiyevə zərbəsi nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button