AZERFAX TV
İsrail HƏMAS-ın snayperini öldürdü

İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın hərbi qanadının snayperini məhv ediblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İDF) mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağının şimalında İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının snayperi Abdullah Əl-Sutini məhv edib. Terrorçunun son günlərdəki hərəkətləri qoşunlar üçün təhdid yaradırdı”, – deyə məlumatda bildirilir.
Qeyd olunub ki, yaranmış təhlükəni aradan qaldırmaq üçün hava zərbəsi endirilib.
Hüseyn İbadlı



