UEFA Avropa Liqası: “Qarabağ” “Vestri” ilə oyunda hesabı açıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyununda ilk hissə başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb – 2:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
20.38
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) qarşılaşmasında hesabı Azərbaycan çempionu açıb.
AZERFAX.AZ xəbər verir ki, Ağdam təmsilçisi matçın 30-cu dəqiqəsində Zakaria Savonun qolu ilə önə keçib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
20.19
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyunu başlayıb.
AZERFAX.AZ xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



