Putinin reytinqi sürətlə düşür: Ardıcıl ikinci həftədir ki…

Vladimir Putinə inam 29 iyun – 5 iyul həftəsində yenidən aşağı düşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “VTsIOM”un yeni sorğusunda bildirilir.
Prezidentin reytinqi əvvəlki həftədəki 66,9%-dən 66,0%-ə düşüb. Azalma ardıcıl ikinci həftədir ki, davam edir.
Etibar səviyyəsi də ikinci həftədir ki, azalır – bir həftə əvvəlki 73,3%-dən (bir həftə əvvəl 76,7%) 72,3%-ə enib.
“VTsIOM” qeyd edir ki, sorğu birləşdirilmiş metodla aparılıb. May ayının əvvəlində mərkəz metodologiyasını dəyişdirərək təkcə telefon müsahibələri deyil, həm də qapı-qapı sorğular, yəni insanlardan şəxsən soruşmaqla keçirməyə başlayıb.
Agentlik qeyd edir ki, İctimai Rəy Fondunun (FOM) məlumatına görə, benzin çatışmazlığı və yanacaq qiymətlərinin artması əksər rusiyalılar üçün bu həftənin ən yaddaqalan hadisələri olub.
Müəllif: Tural



