Netanyahu Trampdan Türkiyəyə F-35 verilməməsini istədi

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
AZERFAX.AZ xəbər verir ki, NATO Zirvəsindən sonra keçirilən telefon danışığında İran, Körfəz bölgəsindəki təhlükəsizlik vəziyyəti və Türkiyə ilə bağlı məsələlər müzakirə olunub.
Məlumata görə, Netanyahu Trampdan Türkiyəyə F-35 qırıcılarının satışına razılıq verməməsini istəyib. O, İsrailin hava üstünlüyünün qorunmasının ölkəsinin milli təhlükəsizlik doktrinasının əsas elementlərindən biri olduğunu bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl Türkiyəyə qarşı tətbiq olunan KATSA sanksiyalarının ləğvi və F-35 satışının yenidən nəzərdən keçirilməsinin gündəmdə olduğunu açıqlamışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



