AZERFAX TV
Röya Ayxan lüks villasında ona ad günü keçirdi

Ötən gün Xalq artisti Röya Ayxanın Mərdəkandakı lüks villasında qonaqlıq olub.
AZERFAX.AZ xəbər verir ki, sənətçi ailə üzvlərini və dostlarını biraraya yığaraq qardaşı İsmayılın oğlu Mete Beyazın 1 yaşını qeyd edib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, Röya Ayxanın müğənni qardaşı İsmayıl 2022-ci ildə Cansu adlı türk vətəndaşı ilə evlənib. Cütlüyün bu evlilikdən Mete Beyaz adlı bir oğlu var.
Həmin kadrları təqdim edirik:
(Sfera.az)



