AZERFAX TV

Trampın “canişini” – Rubio həmin ölkəni Vaşinqtondan idarə edir

ABŞ dövlət katibi Marko Rubio Venesuelanın maliyyəsinə, təbii sərvətlərinin bölüşdürülməsinə və siyasətçilərinin təyinatına nəzarət edir.

AZERFAX.AZ xəbər verir ki, bunu Rubionu “canişin” adlandıran “New York Times” (NYT) qəzeti iddia edir.

ABŞ Prezidenti Donald Trampın əvvəllər dövlət katibinə Venesuelanın növbəti lideri olmaq perspektivini vəd etdiyini xatırladan jurnalistlər qeyd ediblər ki, Tramp yəqin ki, zarafat etsə də, “Rubionun Karakasa köçməsinə ehtiyac yoxdur, çünki o, artıq Venesuelanı Vaşinqtondan idarə edir”.

“ABŞ hərbçilərinin Venesuela Prezidenti Nikolas Maduronun yataq otağının qapısını sındırıb onu gecənin bir aləmi ələ keçirməsindən keçən altı ay ərzində Rubio Venesuelada suveren dövlət üzərində hakimiyyətə malik faktiki canişinə çevrilib”, – deyə məqalə müəllifləri Vaşinqton və Karakasdakı hakimiyyətə yaxın onlarla məmur və mənbələrə istinadən yazırlar.

Xüsusilə, onlar dövlət katibinin ölkənin işlərinə gündəlik rejimdə “dərin şəkildə cəlb olunduğunu” və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə əlaqədə olaraq, onunla ispan dilində mesajlaşdığını aşkarlayıblar.

NYT-nin yazdığına görə, Rubio, həmçinin ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalara nəzarət edir və kimin “ölkədə hansı üsulla biznes qura biləcəyinə” dair qərarlar qəbul edir.

Maduro və həyat yoldaşının ölkədən çıxarılmasından bir gün sonra Rubio amerikalıların hərəkətlərini narkotik alverçiləri ilə mübarizə kimi izah edib. O, baş verənləri hüquq-mühafizə orqanlarının əməliyyatı adlandıraraq, bunun nə işğal, nə də istila olmadığını qeyd edib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button