AZERFAX TV

İran Hörmüz boğazının bağlandığını ELAN ETDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə ABŞ-ın müdaxiləsi bitənədək Hörmüz boğazının bağlandığını elan edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

Qeyd olunur ki, heç bir gəmiyə boğazdan keçməyə icazə verilməyəcək. Bundan əlavə, SEPAH bir neçə xəbərdarlıqdan sonra bir gəmini dayanmağa məcbur edib. Qeyd edilib ki, gəmi öz sistemlərini söndürüb və bununla da dəniz təhlükəsizliyini təhdid altına alıb.

Daha əvvəl Oman Hörmüz boğazında iki dəhlizin yaradılması ilə bağlı təşəbbüsü müzakirəyə çıxarmışdı. Dəhlizlərdən birini Hörmüz boğazındakı Omanın ərazi suları vasitəsilə çəkmək olar. Bu marşrutun “Cənub” adlandırılması təklif edilib. Eyni zamanda, şimal dəhlizi İranın ərazi suları vasitəsilə yaradıla bilər. Sahədən istifadə üçün ödəniş alınması nəzərdə tutulmur.

Daha əvvəl “The Washington Post” qəzeti yazmışdı ki, ABŞ rəsmiləri İranın yaxın günlərdə Hörmüz boğazının açılması ilə bağlı vacib bir açıqlama verəcəyini gözləyir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button