AZERFAX TV
İranın Qeşm adasında partlayışlar baş verdi

Hörmüz boğazındakı İranın Qeşm adasında partlayışlar baş verib.
AZERFAX.AZ Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Jurnalistlərin mənbələrinin məlumatına görə, partlayış səsləri Bəndər-Abbasın bir neçə rayonunda və Qeşm adasında eşidilib. Bundan başqa, İranın cənub-şərqindəki Çabahar və Kenarkda da partlayışlar olub.
Bundan bir qədər əvvəl ölkənin cənubunda yerləşən Buşehr və Assaluye şəhərlərindəki zərbələr barədə məlumat verilmişdi.
Hüseyn İbadlı



