Ukraynanın yeni Baş naziri o olacaq

Ukraynanın yeni Baş naziri vəzifəsinə namizəd “Naftoqaz” Ukrayna” şirkətinin idarə heyətinin sədri Sergey Koretskidir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Strana.ua” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenski iyulun 12-də Teleqram kanalında Koretskinin şəklini paylaşaraq “Naftoqaz” və “Ukrnafta” şirkətlərinə rəhbərlik etdiyinə görə ona təşəkkür edib:
“Zelenski birbaşa Koretskiyə baş nazir vəzifəsini təklif etdiyini deməyib, amma hazırkı vəziyyətdə bu paylaşım Koretskinin yeni Baş nazir olacağına dair açıq bir işarə kimi görünür”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Yuliya Sviridenko baş nazir vəzifəsindən ayrılacağını bildirmişdi
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



