AZERFAX TV

ABŞ İranın qanadlı raketini və PUA-sını VURDU

Amerika hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılmış İranın qanadlı raketini və pilotsuz uçuş aparatını vurub.

AZERFAX.AZ xəbərə verir ki, bu barədə CNN telekanalı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokinsə istinadən məlumat yayıb.

Komandanlıq nümayəndəsinin sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazındakı ticarət gəmilərinə zərbə endirmək niyyətində olub.

Bir neçə saat əvvəl dövlət teleradio şirkəti IRIB Hörmüz boğazındakı İranın Keşm adasında bir neçə partlayışın baş verdiyini bildirib. Hadisənin təfərrüatları açıqlanmayıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button