AZERFAX TV

Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) Rusiyanın Belqorod vilayətində Mi-28 döyüş helikopterinin vurulduğunu açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.

Brovdi bildirib ki, “Gecə ovçusu” kimi tanınan Mi-28 helikopteri Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi yaxınlığında Ukraynanın 427-ci əlahiddə pilotsuz sistemlər briqadası tərəfindən hədəfə alınıb.

O, paylaşımına helikopter üzərində uçan və daha sonra ona doğru hərəkət edən pilotsuz uçuş aparatının əks olunduğu videonu da əlavə edib.

Qeyd edək ki, Mi-28 Rusiyanın zərbə tipli döyüş helikopteridir. “Gecə ovçusu” adı ilə tanınan bu helikopter zirehli texnikanın, istehkamların və canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button