AZERFAX TV
Bu şəhərdə işçilərə şort geyinməyə icazə verildi

Yaponiyanın paytaxtı Tokioda səlahiyyətli qurumlar artan isti hava dalğaları və yüksələn enerji xərcləri səbəbindən işçiləri daha rahat geyimlər geyinməyə təşviq etməyə başlayıblar.
AZERFAX.AZ xəbər verir ki, yerli KİV-in məlumatına görə, Tokio Böyükşəhər İdarəsi elektrik enerjisi istehlakını azaltmaq məqsədilə kondisionerlərdən istifadəni məhdudlaşdırıb.
Bildirilib ki, işçilərə vəzifələrinə uyğun gələrsə, yay aylarında şort geyinmələrinə icazə verilib.
Qeyd olunub ki, Yaponiya Meteorologiya Agentliyi və Ətraf Mühit Nazirliyi paytaxt üçün bu yay ilk dəfə olaraq isti hava xəbərdarlıqları yayıb.
Müəllif: Roza



