AZERFAX TV

Ebola epidemiyası böyüyür – Konqoda yoluxanların sayı 2200-ə çatdı

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 2200-ə çatıb, ölənlərin sayı isə 864 nəfərdir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Ebola epidemiyası may ayında Konqo Demokratik Respublikasında başlayıb. Buna hazırda peyvəndi və ya müalicəsi olmayan Bundibugyo ştammı səbəb olub. ÜST-ün məlumatına görə, bu epidemiya ölkə tarixində üçüncü ən böyük epidemiyadır.

Xəstəlik halları Uqandada da qeydə alınıb. Sonuncu xəstə iyulun 16-da evə buraxılıb. İyun ayının sonundan bəri ölkədə yeni yoluxma halı qeydə alınmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button