Bu ölkədən Azərbaycana pul köçürmələri kəskin artıb


2026-cı ilin birinci yarısında Gürcüstana edilən pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 1,9 milyard dollar təşkil edib.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Novosti Georgia” agentliyi məlumat yayıb.
İyun ayında köçürmələrin strukturunda lider ABŞ-dir, buradan 66,2 milyon dollar (ümumi həcmin 19,01%-i) daxil olub ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 12,68% çoxdur.
İtaliya 54,18 milyon dollarla (+4,92%) ikinci yerdədir və ilk üçlüyü Rusiya tamamlayır, oradan köçürmələr 25,12% artaraq 51,42 milyon dollara (ümumi məbləğin 14,76%-i) çatıb.
Almaniya (30,36 milyon dollar), İsrail (29,40 milyon dollar) və Yunanıstan (27,52 milyon dollar) da ilk onluqda yer alıb.
Eyni zamanda, Gürcüstan Milli Bankı ölkədən xaricə pul köçürmələrində kəskin artım qeydə alıb. 2026-cı ilin yanvar-iyun aylarında Gürcüstandan xaricə 212,8 milyon dollar köçürülüb ki, bu da ötən ilin birinci yarısının göstəricisindən 111,7% çoxdur.
İlin birinci yarısının nəticələrinə görə, Gürcüstandan vəsait axınının əsas istiqaməti Azərbaycan olaraq qalır və 36,5 milyon dollar (artım 75,3%) köçürülüb. Türkiyə (33,8 milyon dollar) və Rusiya (26,1 milyon dollar) da ilk üçlüyə daxil olan ölkələr sırasındadır.



