AZERFAX TV

“Sülh nağılı” bitdi – İran müdafiəyə fokuslanacaq

İran, ABŞ tərəfindən razılaşmaların pozulması səbəbindən bu ölkə ilə qarşılıqlı anlaşma memorandumunun bütün bəndlərinin icrasını dayandırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “FARS” agentliyi İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadinin açıqlamasına istinadla məlumat yayıb.

“ABŞ İslamabadda imzalanmış memorandum çərçivəsində götürdüyü bütün öhdəlikləri pozub və özü dayandırıb”, – deyə Qəribabadi bildirib.

Xarici işlər nazirinin müavininin sözlərinə görə, Tehran ölkənin müdafiəsinə fokuslanaraq memorandumun bəndlərinə əməl etməkdən imtina edir.

Related Articles

Bir cavab yazın

Back to top button