AZERFAX TV
Olimpiya çempionu da DÇ-də bu oyuna qarşı çıxdı

2000-ci il Olimpiya çempionu, sabiq tennisçi Yevgeni Kafelnikov Dünya Kubokunda üçüncü yer uğrunda matçların keçirilməsinin mənasız olduğunu düşünür.
AZERFAX.AZ xəbər verir ki, TASS agentliyi Kafelnikovun sözlərini sitat gətirib:
“Bu üçüncü yer uğrunda matçlar sadəcə mənasızdır, lazımsızdır. Şahidi olduğumuz qol bayramından zövq almadım. Aparıcı oyunçuların çoxu əvvəldən oynamadı, çünki hamı matçın mənasız olduğunu başa düşürdü. Biletlər satıldı, tamaşaçılar stadiona gəldilər – komandalar sadəcə oyunu yola verdilər”.
İngiltərə 2026-cı il Dünya Kubokunda bürünc medal uğrunda mübarizədə Fransanı 6-4 hesabı ilə məğlub edib.



