AZERFAX TV

Azərbaycanlı tanınmış vəkillərin məqaləsi “Scopus”da

Azərbaycanlı vəkillər Anar Cavadov və Əli Hacıyev beynəlxalq elmi ictimaiyyətdə mühüm uğura imza atıblar.

AZERFAX.AZ xəbər verir ki, onların həmmüəllifi olduqları “Təhsil mühitində yeniyetmələrin rəqəmsal davranışı və kibercinayət riskinin konseptual modeli” (“A Conceptual Model of Digital Behavior and Cybercrime Risk Among Adolescents in Educational Contexts”) adlı elmi məqalə nüfuzlu “International Journal of Special Education” jurnalında dərc olunub və dünyanın aparıcı elmi istinad bazalarından biri olan “Scopus” bazasında indeksləşdirilib.

Elmi araşdırmada müasir dövrdə yeniyetmələrin rəqəmsal mühitdə davranış xüsusiyyətləri, onların kibercinayət riskləri ilə üzləşmə ehtimalları, eləcə də bu risklərin qarşısının alınmasına yönəlmiş hüquqi, sosial və təhsil mexanizmləri elmi əsaslarla təhlil edilir. Tədqiqat çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmənin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması və təhsil müəssisələrində preventiv yanaşmaların tətbiqi üçün konseptual model irəli sürülür.

Məqalənin “Scopus” bazasında indeksləşdirilməsi tədqiqatın beynəlxalq akademik standartlara uyğunluğunu və dünya elmi ictimaiyyəti üçün əlçatanlığını təsdiqləyir. Bu nailiyyət, eyni zamanda, Azərbaycan hüquqşünaslarının beynəlxalq elmi mühitdə artan nüfuzunun və ölkəmizin hüquq elminin qlobal akademik platformalarda uğurla təmsil olunmasının növbəti göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, “Scopus” dünyanın ən nüfuzlu elmi istinad və indeks bazalarından biri hesab olunur. Bu platformada indeksləşdirilən elmi məqalələr beynəlxalq akademik dairələrdə yüksək etimad qazanır və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsində əsas göstəricilərdən biri sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button