Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI

Səudiyyə Ərəbistanı kralının uzaq qohumu olan şahzadələrdən biri Londondakı elit otellərdə ölü tapılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisənin səbəbi narkotik və spirtli içki olub.
Ötən ilin noyabr ayında Kensington rayonundakı bahalı otel otağının vanna otağında 29 yaşlı şahzadənin meyitini xadimə aşkar edib. Mərhumun qanında külli miqdarda spirt və narkotik vasitə aşkarlanıb.
Məlum olub ki, şahzadə ölümündən bir neçə ay əvvəl Londondakı elit klinikada alkoqol və narkotik asılılığından müalicə alıbmış. Yarılma nəticəsində mərhumun xroniki xəstəliklərinin olmadığı, ölümün isə narkotik və spirtli içkinin qarşılıqlı təsiri nəticəsində ürək dayanmasından baş verdiyi müəyyənləşib.
Hüseyn İbadlı



