Ölkə

“Sabah” “Vikinq” səfərində məğlub oldu

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirib.

AZERFAX.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşıb. Stavanger şəhərində keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qolu 11-ci dəqiqədə Orfe Mbina vurub. Erik Botheym 27-ci dəqiqədə hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç penaltidən “Vikinq”i önə keçirib. “Sabah”ın futbolçusu Eyden Makkarti 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Ardınca Henrik Falşener 81-ci dəqiqədə fərqi artırıb. Botheym isə 90+4-cü dəqiqədə son qolu vuraraq dubl edib.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl “Mançester Yunayted”ə 0:4, “Borussiya”ya (Dortmund) isə 1:2 hesabı ilə uduzub. Komanda “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib.

“Sabah” növbəti matçını noyabrın 25-də Bakı Olimpiya Stadionunda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcək.

00:43

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən qarşılaşmada hesab bərabərləşib.

AZERFAX.AZ xəbər verir ki, meydan sahiblərinin heyətində Erik Botheym 27-ci dəqiqədə fərqlənərək hesabı 1:1 edib.

00:21

Norveçdə “Vikinq” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.

AZERFAX.AZ xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.

11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazdırıb.

00:08

UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə “Vikinq” və “Sabah” komandaları arasında IV turun oyunu başlayıb.

AZERFAX.AZ xəbər verir ki, Stavanger şəhərində təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da start götürüb.

Matçı niderlandlı Sander van der Eyk idarə edir.

Related Articles

Bir cavab yazın

Back to top button