Ölkə

Dünyanın ən güclü 15 donanması

Dünyanın ən güclü hərbi donanmalarına malik ölkələrin yeni reytinqi açıqlanıb. Siyahı ölkələrin döyüş gəmilərinin sayı, sualtı qayıqları, təyyarədaşıyan gəmiləri, amfibiya qüvvələri, texnoloji imkanları və ümumi dəniz döyüş qabiliyyəti nəzərə alınaraq hazırlanıb.

AZERFAX.AZ xarici mediaya istinadla xəbər verir ki, reytinqdə ilk yeri dünyanın ən böyük hərbi-dəniz qüvvələrinə sahib olan ABŞ tutur. ABŞ donanması çoxsaylı nüvə enerjili təyyarədaşıyan gəmiləri, strateji nüvə sualtı qayıqları və qlobal əməliyyat imkanları ilə lider mövqeyini qoruyur.

İkinci pillədə son illərdə donanmasını sürətlə genişləndirən Çin qərarlaşıb. Üçüncü yerdə isə nüvə sualtı qayıqları və raket daşıyan döyüş gəmilərinə görə önəmli üstünlüyə malik Rusiya yer alıb.

İlk onluqda daha sonra müvafiq olaraq İndoneziya, Cənubi Koreya, Yaponiya, Hindistan, Fransa, Böyük Britaniya və Türkiyə qərarlaşıb.

Yerli müdafiə sənayesinə yatırımları ilə son illərdə dəniz qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirən Türkiyə MİLGEM layihəsi çərçivəsində istehsal olunan döyüş gəmiləri, TCG Anadolu çoxməqsədli amfibiya hücum gəmisi və inkişaf etdirdiyi pilotsuz dəniz platformaları ilə diqqət çəkir.

Dünyanın ən güclü 15 donanması belə sıralanıb:

1.⁠ ⁠ABŞ

2.⁠ ⁠Çin

3.⁠ ⁠Rusiya

4.⁠ ⁠İndoneziya

5.⁠ ⁠Cənubi Koreya

6.⁠ ⁠Yaponiya

7.⁠ ⁠Hindistan

8.⁠ ⁠Fransa

9.⁠ ⁠Böyük Britaniya

10.⁠ ⁠Türkiyə

11.⁠ ⁠İtaliya

12.⁠ ⁠Tayvan

13.⁠ ⁠Misir

14.⁠ ⁠Şimali Koreya

15.⁠ ⁠Əlcəzair

Qeyd edək ki, reytinq ölkələrin hərbi-dəniz qüvvələrinin ümumi potensialı, donanmanın tərkibi, texnoloji səviyyəsi və dəniz əməliyyatlarını həyata keçirmək imkanları əsasında formalaşdırılıb. ABŞ, Çin və Rusiyanın ilk üçlükdə yer alması qlobal dəniz gücü balansında onların üstün mövqeyini bir daha təsdiqləyir.

Related Articles

Bir cavab yazın

Back to top button