4 rayonun başçısı olub, doğum günüdür

Azərbaycanın yerli icra hakimiyyəti orqanlarında uzun illər rəhbər vəzifələrdə çalışmış keçmiş məmur Nazim İsmayılovun doğum günüdür.
AZERFAX.AZ xəbər verir ki, sabiq icra başçısı 24 iyul 1952-ci ildə Göyçay rayonunda dünyaya gəlib. Bu gün onun 74 yaşı tamam olur.
O, müxtəlif illərdə ölkənin dörd rayonuna rəhbərlik edib.
Nazim İsmayılov 2001-2006-cı illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2019-cu illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, 2019-2020-ci illərdə isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Fotoda: Nazim İsmayılov
Uzunillik məmur karyerasına malik olan Nazim İsmayılov 17 may 2020-ci ildə, 68 yaşında tutduğu vəzifədən azad olunub.
17 dekabr 2022-ci il tarixində partiyanın İdarə Heyətinin iclasında YAP Veteranlar Şurasının üzvü seçilən N.İsmayılov hazırda bu şurada ictimai-siyasi fəaliyyətini davam etdirir.
O, heç bir rəsmi dövlət vəzifəsi daşımır.



