Gürcüstanın neft emalı zavodu Rusiya neftindən imtina etdi

Gürcüstanın Kulevi limanındakı neft emalı zavodunu işlədən “Black Sea Petroleum” (BSP) şirkəti, Avropa İttifaqı (Aİ) sanksiyaları səbəbindən avqustun sonu və ya sentyabrın əvvəlində Rusiya neftinin emalını tamamilə dayandıracaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə BSP Müşahidə Şurasının üzvü Vaxtanq Çaxnaşvili Gürcüstanın Pirveli televiziya kanalına açıqlamasında bildirib.
Xatırladaq ki, iyulun 24-də Aİ zavoda qarşı preventiv sanksiyalar tətbiq etmişdi. Əgər zavod Rusiya neftinin emalını dayandırmasa, bu sanksiyalar 25 yanvar 2027-ci ildə qüvvəyə minəcək.
Çaxnaşvilinin sözlərinə görə, BSP həmçinin Avropa bazarlarına da çıxmağı planlaşdırır. Şirkət Rusiya neftinə alternativlər axtarır. BSP nümayəndəsi vurğulayıb ki, əgər neft emalı zavodu Rusiya neftini idxal etməyə davam edərsə, mütləq AB sanksiyaları ilə üzləşəcək.
Tural Tağıyev



