AZERFAX TV
2500 il yaşı olan boyunbağı oğurlandı

Ötən il Parisdəki Luvr Muzeyində baş verən tarixi zinət əşyalarının oğurlanmasından sonra Fransa daha bir qarətlə sarsılıb.
AZERFAX.AZ xəbər verir ki, cümə günü şübhəlilər Burqundiya bölgəsindəki Şatilyon-sür-Sen Muzeyinə ziyarətçi kimi girərək təxminən 2500 il yaşı olan, eramızdan əvvəl V əsrə aid qızıldan hazırlanmış Kelt boyunbağısını oğurlayıblar.
Təhlükəsizlik işçilərinin və ziyarətçilərin gözü qarşısında baş verən soyğunçuluq Fransada ajiotaj yaradıb. Polis artefaktı tapmaq üçün araşdırmalara başlayıb.
Müəllif: Tural



