AZERFAX TV

Tramp xüsusi elçilərini Moskvaya göndərir

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner yaxın vaxtlarda Rusiyaya səfər edə bilərlər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS mənbələrə istinadla məlumat yayıb.

“Belə bir imkan mövcuddur, lakin hazırkı mərhələdə heç bir konkreklik və dəqiqlik yoxdur”, – deyə mənbə yaxın həftələrdə baş tutacağı ehtimal edilən səfərlə bağlı sualı cavablandırarkən bildirib.

Daha əvvəl “RBC-Ukraina” nəşri adsız mənbələrə istinadla Kuşner və Uitkoffun Kiyevə də səfər edə biləcəyini yazmışdı. Həmçinin səfərin “bir neçə həftə ərzində” baş tutacağı barədə məlumat verilmişdi.

Trampın nümayəndələrinin Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı məlumatlar Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evin rəhbəri Donald Trampla görüşündən sonra yayılmağa başlayıb.

Ukrayna lideri iyulun 11-də vəfat etmiş amerikalı senator Lindsi Qremin ilə vidalaşma mərasimində iştirak etmək üçün ABŞ-yə gəlib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button