Ölkə
“Zirə” – “Payde” oyunu başlayıb


UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Sumqayıt şəhərində “Zirə” və “Payde” (Estoniya) komandaları arasında cavab oyunu başlayıb.
AZERFAX.AZ xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Xorvatiyadan olan baş hakim Patrik Kolariç idarə edir.
Qeyd edək ki, Estoniyadakı ilk görüşdə “Zirə” 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.



