AZERFAX TV

Tramp qalmaqallı ideyanı İnfantino ilə müzakirə edib?

ABŞ prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantino ilə Dünya Kuboku hüquqlarındakı payın özəl investorlara satılması planını müzakirə edib-etmədiyi haqda suala cavab verib.

AZERFAX.AZ xəbər verir ki, Tramp Tramp Kemp Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında bildirib:

“Xeyr. Mən bunu onunla heç vaxt müzakirə etməmişəm”.

Daha əvvəl media əsas investorun Donald Trampın qızı İvankanın əri Cared Kuşnerin kiçik qardaşı Coşua Kuşnerin təsis etdiyi fond olacağını bildirmişdi.

FİFA əvvəllər 20 milyard dollarlıq törəmə şirkətin yaradılması üçün layihə konsepsiyasını dərc etmişdi. Şirkətin dörddə bir hissəsinin özəl investorlara 4,2 milyard dollara satılması planlaşdırılır.

Milli federasiyalara ödənişlər qarşıdakı dörd illik dövrdə 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 milyon dollara və 24 milyon dollara artırılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button