AZERFAX TV

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr

Sinqapur pasportu əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də dünyanın ən güclü pasportu seçilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə məlumat “The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.

Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 192 ölkəyə vizasız getmək imkanı var.

Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin pasportları isə 188 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olublar.

Üçüncü yerə İsveç pasportu sahib olub. Bu ölkənin pasportu ilə 187 ölkəyə getmək mümkündür. Növbəti yerdə Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya, Norveç, Belçika, Niderland, Lüksemburq və İtaliya pasportları qərarlaşıb. Portalın məlumatına görə, bu ölkələrin pasportuna sahib olan vətəndaşlar 186 ölkəyə vizasız gedə bilərlər.

Azərbaycan isə siyahıda 70-ci yerdədir. Belə ki, Azərbaycan vətəndaşlarının 67 ölkəyə vizasız getmək imkanı var.

Region ölkələrinin siyahıdakı mövqeyi aşağıdakı kimi olub:

31-ci yer – Ukrayna – 142 ölkəyə vizasız getmək

44-cü yer – Gürcüstan – 121 ölkəyə vizasız getmək

45-ci yer – Moldova – 120 ölkəyə vizasız getmək

47-ci yer – Rusiya – 114 ölkəyə vizasız getmək

48-ci yer – Türkiyə – 112 ölkəyə vizasız getmək

62-ci yer – Belarus – 78 ölkəyə vizasız getmək

63-cü yer – Qazaxıstan – 77 ölkəyə vizasız getmək

70-ci yer – Azərbaycan – 67 ölkəyə vizasız getmək

73-cü yer – Ermənistan – 64 ölkəyə vizasız getmək

77-ci yer – Qırğızıstan – 59 ölkəyə vizasız getmək

78-ci yer – Özbəkistan – 58 ölkəyə vizasız getmək

84-cü yer – Tacikistan – 52 ölkəyə vizasız getmək

94-cü yer – Türkmənistan – 44 ölkəyə vizasız getmək

96-cı yer – İran – 37 ölkəyə vizasız getmək

Dünyanın ən zəif pasportları isə Əfqanıstan, Suriya, İraq, Pakistan və Yəmənə məxsusdur.

Onu da qeyd edək ki, Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr aşağıdakılardı:

Albaniya

Antiqua və Barbuda

Banqladeş

Barbados

Belarus

Bosniya və Herseqovina

Burundi

Kamboca

Çin

Kolumbiya

Komor adaları

Kuk adaları

Cibuti

Dominika

Ekvador

Esvatini

Gürcüstan

Qrenada

Qvineya-Bisau

Haiti

İndoneziya

İran

Yamayka

İordaniya

Qazaxıstan

Keniya

Qırğızıstan

Laos

Livan

Makao (ÇXR-in xüsusi inzibati rayonu)

Madaqaskar

Malavi

Malayziya

Maldiv adaları

Marşall adaları

Mavriki

Mikroneziya

Moldova

Monteneqro

Mərakeş

Mozambik

Namibiya

Nepal

Niue

Palau adaları

Qətər

Rusiya

Ruanda

Samoa

Səudiyyə Ərəbistanı

Serbiya

Seyşel adaları

Şri-Lanka

Sent-Vinsent və Qrenadinlər

Surinam

Suriya

Tacikistan

Tanzaniya

Baham adaları

Şərqi Timor (Timor-Leste)

Tuvalu

Türkiyə

Ukrayna

Birləşmiş Ərəb Əmirlikləri

Özbəkistan

Vanuatu

Zimbabve

(Yeniavaz.com)

Related Articles

Bir cavab yazın

Back to top button