AZERFAX TV

Prezident təyyarəsi ilə bağlı məxfi məlumatları mediaya ötürən nazir barədə qərar

Pentaqon ABŞ-ın keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendallın gizli məlumatlara çıxışını və hər hansı məxfi xarakterli vəzifə tutmaq imkanını məhdudlaşdırıb.

AZERFAX.AZ xəbər verir ki, bunu Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell “X”də bildirib.

O qeyd edib ki, qərar prezident təyyarəsinin xüsusiyyətləri ilə bağlı məxfi məlumatların KİV-ə icazəsiz açıqlanması ilə əlaqədardır.

Qeyd edək ki, Kendall Co Baydenin prezidentliyi dövründə (2021-2025-ci illərdə) Hərbi Hava Qüvvələri naziri vəzifəsini icra edib.

Related Articles

Bir cavab yazın

Back to top button