Ölkə
Məkkə Sazişi ölkələrinə xəbərdarlıq etdi


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Məkkə Birgə Müdafiə Sazişini imzalayan ölkələri Tehrana qarşı hər hansı addımdan çəkinməyə çağırıb.
AZERFAX.AZ xəbər verir ki, Əzizi bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, İrana qarşı atılacaq istənilən addım cavabsız qalmayacaq.
“İstənilən səhv cavabsız qalmayacaq”, – deyə komitə sədri vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar.



