Ölkə

Dünyanın ən sakit ölkələri açıqlandı

Qlobal səs-küy indeksi üzrə dünyanın ən sakit və ən səs-küylü ölkələri müəyyənləşib.

AZERFAX.AZ xəbər verir ki, əhali sıxlığı, turist sayı, nəqliyyat şəbəkəsi və qorunan ərazilərin payı nəzərə alınaraq hazırlanan siyahıda Butan 89,44 xalla dünyanın ən sakit ölkəsi seçilib. Namibiya 86,69 xalla ikinci, Botsvana 80,86 xalla üçüncü olub. İlk onluqda həmçinin Zambiya (80,64), Qabon (80,61), Venesuela (80,20), Çad (79,82), Mərkəzi Afrika Respublikası (78,18), Monqolustan (75,53) və Boliviya (75,40) yer alıb.

Məlumata görə, Butanın geniş meşəlik əraziləri və turist sayını məhdudlaşdıran siyasəti onun ilk pillədə qərarlaşmasına səbəb olub. Namibiya aşağı əhali sıxlığı və qorunan əraziləri, Botsvana isə nəzarətli turizm strategiyası ilə diqqət çəkib. Avropa ölkələrinin heç biri ilk 25-liyə daxil olmayıb və qitənin ən sakit ölkəsi 34-cü sırada yer alan Estoniya olub, onu Finlandiya və İsveç izləyib.

Səs-küy səviyyəsinin ən yüksək olduğu ölkələr arasında isə Sinqapur 6,78, Maldiv adaları 8,48, Barbados 10,12, Qətər 15,45 və Livan 18,13 xalla ilk beşlikdə qərarlaşıb. Məlumata görə, yüksək əhali sıxlığı və turizmin cəmləşdiyi ərazilər səs-küy səviyyəsinin artmasına təsir edən əsas amillərdir.

Related Articles

Bir cavab yazın

Back to top button