AZERFAX TV
Astarada bir nəfər dənizdə batdı

Astarada bir nəfər dənizdə batıb.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə Astara şəhərinin “Bulvar” ərazisində baş verib.
İlkin məlumata əsasən, Masallı rayonunun Kosagül kənd sakini olan bir nəfər Xəzər dənizində batıb.
Hazırda hadisə ilə bağlı axtarış-xilasetmə işləri aparılır. Şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi və dənizdə batan şəxsin kimliyi ilə bağlı hələlik məlumat yoxdur.



