AZERFAX TV
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

Qarabağ Universitetinin strukturunda İstanbul Texniki Universitetinə (İTÜ) bağlı akademik bölmələr yaradılacaq.
AZERFAX.AZ xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də dərc olunub.
Qeyd edək ki, 2026/2027-ci tədris ilindən Qarabağ Universitetində İTÜ ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına başlanılıb.



