Ölkə

“Qalatasaray”ın istədiyi Marmuş seçimini etdi

“Tottenhem” “Mançester Siti”nin hücumçusu Omar Marmuşu heyətinə qatıb.

AZERFAX.AZ xəbər verir ki, misirli futbolçu mövsümün sonunadək icarə əsasında London klubunda çıxış edəcək. Razılaşmada məcburi satınalma şərtinin yer aldığı və bu məbləğin 60 milyon funt-sterlinq olduğu bildirilir.

Qeyd edək ki, Omar Marmuş “Ayntraxt Frankfurt”da parlaq çıxışı ilə diqqət çəkdikdən sonra ötən il “Mançester Siti”yə transfer olunmuşdu. 27 yaşlı futbolçu İngiltərə klubunun heyətində 62 matçda 16 qola imza atıb. Marmuşun adı “Qalatasaray”la da hallanırdı.

Related Articles

Bir cavab yazın

Back to top button