AZERFAX TV
Messi onun da rekorduna çatır

“İnter Mayami” MLS-in müntəzəm mövsüm oyununda “Kleb de Fut Monreal”ı qəbul edib.
AZERFAX.AZ xəbər verir ki, “İnter Mayami” rəqibini darmadağın edib – 7:1. Messi isə dörd qol vurub. Argentinalı iki qolu cərimə zərbəsindən vurub.
Bununla da o, futbol tarixində cərimə zərbələrindən ən çox qol vuran oyunçuların siyahısında ikinci yerə yüksəlib. Bu barədə “Sudanalytics”in statistika hesabında məlumat verilib.
39 yaşlı argentinalı oyunçu hazırda cərimə zərbələrindən 74 qola imza atıb. Ondan yalnız Marselinyo Karioka öndədir – 78 qol.
Leonun rekorda şərik olması üçün cəmi 4 qol ehtiyacı var.



