Ölkə

Neftin qiyməti yenidən 90 dolları ötdü

Dünya bazarında neftin qiymətləri kəskin yüksəlib.

AZERFAX.AZ xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,19 dollar və ya 2,49% artaraq 90,29 ABŞ dollarına yüksəlib.

ABŞ-nin “WTI” markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 1,80 dollar və ya 2,16% bahalaşaraq 85,20 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-nin İranın Larak adasındakı raket qurğularına zərbələr endirməsi və İranın buna cavab olaraq ABŞ qüvvələrinə hücum etməsi ilə Yaxın Şərqdə gərginliyin yenidən artması ilə əlaqələndirilir.

Hörmüz boğazında neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar da qiymətlərə təzyiq göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button