AZERFAX TV

BMT-nin yeni xəritəsi Yaponiyanı qəzəbləndirdi

Yaponiya BMT-də Merkator proyeksiyasına alternativ olaraq təqdim edilən yeni dünya xəritəsinə düzəlişlər olunmasını tələb edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Guardian” nəşri Yaponiya hökumətinin nümayəndəsi Minoru Kiharanın sözlərinə istinadla məlumat yayıb.

Narazılığa Kuril adalarının xəritədə Rusiya ərazisi kimi göstərilməsi səbəb olub.

“Biz diplomatik kanallarımız vasitəsilə xəritəçəkmə saytının operatoruna etiraz göndərmişik və təsvirin düzəldilməsini tələb etmişik”, – deyə Kihara bildirib.

Avqust ayında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Kuril adaları İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının yurisdiksiyasına keçib. Bu fakt ABŞ da daxil olmaqla mütfəqiq ölkələrin sənədləri ilə təsdiqlənir və BMT Nizamnaməsində təsbit olunub. Diplomat bəyan edib ki, bu torpaqların hüquqi statusu müzakirə mövzusu deyil və onlar üzərində Rusiya suverenliyi heç bir şübhə doğurmur.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button