AZERFAX TV
Lətifə oğlunu məktəbə yola saldı

Tanınmış müğənni Lətifə Soyuöz oğlu Arifi yeni tədris ilində həyəcanla məktəbə yola salıb.
AZERFAX.AZ xəbər verir ki, övladı ilə çəkdirdiyi səmimi fotoları “Instagram”da paylaşan sənətçi təhsil ocağının insan həyatındakı əvəzsiz rolundan yazıb:
“Yenidən məktəbə, özünü evindəki kimi hiss etdiyin yerə qayıdış. Ailə kimi hiss etdiyin, istilik, güvən və aidiyyət duyğusu ilə dolu bir məktəbdə böyüməyin, öyrənməyin və kim olduğunu kəşf etməyin həqiqətən xüsusi bir tərəfi var. Məktəb yalnız təhsil vermir. O, xarakter formalaşdırır, xatirələr yaradır və ömür boyu özünlə daşıyacağın dəyərləri aşılayır”.
Hüseyn



