İran ABŞ bazasına hücumda Çin peyklərindən istifadə edib

İran iyul ayında İordaniyadakı Amerika bazasına raket zərbəsi endirmək üçün Çinin peyk görüntülərindən istifadə edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “The Wall Street Journal”(WSJ) qəzeti məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.
Məqalədə deyilir ki, İran iyulun 17-də Müvəffəq Salti hava bazasına hücum etməzdən əvvəl bazanın yüksək keyfiyyətli peyk görüntülərini Çin şirkətlərindən əldə edib. Hücum nəticəsində üç amerikalı hərbçi ölüb.
Nəşrə danışan ABŞ rəsmiləri strateji məkanların görüntülərini Tehrana təqdim edən Çin təşkilatlarının adlarını açıqlamayıb. Onlar Pekinin prosesdə birbaşa iştirakını da iddia etməyiblər. Məlumata görə görə, İran nəinki hücumdan əvvəl, həm də əməliyyatdan sonra da görüntülər əldə edib.
“The Wall Street Journal”ın mənbələri bildirib ki, bu, Çinin müharibə zamanı İrana dəstəyinin Amerika qoşunları üçün ölümcül nəticələrə səbəb olduğuna dair bu günə qədər ən inandırıcı dəlildir.
Müəllif: Tural



