Ölkə

Putin bu qış Ukraynanı “sərhədlərə qaytarmaq” niyyətindədir

Rusiya Prezidenti Vladimir Putinin bu qış Ukraynanı təslim olmağa məcbur etmək məqsədilə ölkənin enerji və kritik infrastrukturuna qarşı hücumları gücləndirməyi planlaşdırdığı iddia edilir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Kreml Ukraynanın müqavimət imkanlarını zəiflətmək və Kiyevi güzəştlərə məcbur etmək üçün qarşıdakı qış aylarında energetika və digər mühüm infrastruktur obyektlərinə zərbələri intensivləşdirməyi planlaşdırır.

Ekspertlərin fikrincə, Ukraynanın hava hücumundan müdafiə imkanları ilə bağlı vəziyyət də narahatlıq doğurur. Xüsusilə raketlərin çatışmazlığının ölkənin müdafiə qabiliyyətinə təsir göstərə biləcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button