Ölkə

Ukrayna oktyabrda sülh danışıqlarına hazırlaşır

ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər.

AZERFAX.AZ xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bunu Kiyevdə keçirilən YES görüşü çərçivəsində “İnterfaks-Ukraina” xəbər agentliyinə açıqlamasında bildirib.

“Hazırlaşırıq. Oktyabr ayına..”, – K.Budanov deyib.

O, həmçinin üçtərəfli formatın müzakirə olunduğunu təsdiqləyib. Lakin danışıqların mümkün yeri barədə şərh verməkdən imtina edib.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio xüsusi elçilər Stiv Uitkov və Cared Kuşnerin həftəsonu Kiyevdə və Moskvada keçirilən danışıqları məzmunlu adlandırıb və onların danışıqların bərpasına yol açacağına ümid etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button