Ölkə

Premyer Liqasında V tura yekun vurulur

Misli Premyer Liqasında V tura bu gün yekun vurulacaq.

AZERFAX.AZ xəbər verir ki, son olaraq hazırkı ölkə çempionu “Sabah” “Şəfa”nın qonağı olacaq.

“SOCAR Polymer Arena”da təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən “Sabah” 9 xalla dördüncü pillədə qərarlaşıb. “Şəfa” 4 xalla onuncudur.

Misli Premyer Liqası

I dövrə, V tur

14 sentyabr (bazar ertəsi)

19:00. “Şəfa” – “Sabah”

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“SOCAR Polymer Arena”

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Neftçi” “İmişli”ni (3:2), “Kəpəz” “Qəbələ”ni (1:0) məğlub edib. “Sumqayıt” – “Şamaxı” (1:1), “Araz-Naxçıvan” – “Turan Tovuz” (2:2) və “Zirə” – “Qarabağ” (1:1) matçlarında qalib müəyyənləşməyib.

Related Articles

Bir cavab yazın

Back to top button