Ölkə
Azərbaycanın şəkər ixracından gəliri artıb


Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb.
Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,42 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,45 faizə bərabər olub.



