Ölkə

Deputat 13 saat parlamentin tualetində qaldı

Belçika parlamentində qeyri-adi hadisə baş verib. Deputat Frederik Erens iş gününün sonunda daxil olduğu tualetin qapısının kilidlənməsi səbəbindən gecəni orada keçirməli olub.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə parlamentin əlavə xidmət binasında baş verib. Məlumata görə, Erens axşam saat 17:00 radələrində tualetə daxil olduqdan sonra qapının kilidi qəfil bağlanıb. Həmin vaxt binadakı digər əməkdaşlar artıq iş yerlərini tərk etdikləri üçün deputatın kömək çağırışlarını eşidən olmayıb.

Vəziyyəti daha da çətinləşdirən məqam isə Erensin mobil telefonunu özü ilə götürməməsi olub. Bu səbəbdən o, heç kimə zəng edə və kömək istəyə bilməyib. Deputat təxminən 13 saat ərzində qapalı məkanda qalmağa məcbur olub.

Erensi səhər saat 06:00 radələrində binaya gələn təmizlik işçisi xilas edib. Gecəni qapalı məkanda keçirən deputat ehtiyat tədbiri olaraq daha sonra xəstəxanaya aparılıb. Onun səhhətinin yaxşı olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button