Ölkə

Lionel Messi rekordunu yenilədi

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messi karyerasında 48-ci kuboku qazanıb.

AZERFAX.AZ xəbər verir ki, “İnter Mayami” 2026 Campeones Cup finalında Meksikanın “Kruz Azul” klubunu 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Qələbədə əsas pay sahibi olan Messi qarşılaşmada bir qol vurub və bir məhsuldar ötürmə edib. Bu nəticə ilə Messi klub və milli komanda səviyyəsində qazandığı titulların sayını 48-ə çatdırıb və ən çox kubok qazanan futbolçu kimi rekordunu yeniləyib. Messinin titullarının 35-i “Barselona”, 6-sı Argentina millisi, 4-ü “İnter Mayami”, 3-ü isə PSJ ilə əldə etdiyi uğurlardır.

Qeyd edək ki, Messi “İnter Mayami” ilə 2023-cü ildə Liqa Kubokunu, 2024-cü ildə Supporters’ Shield-i, 2025-ci ildə MLS Kubokunu və 2026-cı ildə Campeones Cup-ı qazanıb.

Related Articles

Bir cavab yazın

Back to top button