Ölkə
Tehran razılaşma əldə etmək istəyir


Tehran Vaşinqtonla razılaşma əldə etmək istəyir.
AZERFAX.AZ xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, “News Nation” kanalına telefonla bağlanaraq İran gündəmini dəyərləndirib. Tramp, İranın hazırda müxtəlif istiqamətlərdə itkilərlə üzləşdiyini və buna görə də razılaşma axtardığını deyib. Tramp yalnız “doğru” hesab etdiyi razılaşmaya getməyə hazır olduğunu vurğulayıb. ABŞ Prezidenti İrana qarşı yeni hücumun olub-olmayacağı ilə bağlı qərar mərhələsində olduğunu bildirib.
“Bundan sonra nələrin baş verəcəyini görəcəyik”, – deyə Tramp qeyd edib. Tramp ABŞ-ın husilərlə də danışıqlar apardığını açıqlayıb.



