Ölkə

Türkiyədə məşhurların adının keçdiyi narkotik istintaqı: 24 nəfər barədə qərar

Türkiyədə məşhur simaların da adlarının hallandığı iki ayrı narkotik istintaqı üzrə 24 nəfər barəsində saxlanılma qərarı verilib.

AZERFAX.AZ xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, keçirilən əməliyyatlar zamanı şübhəlilərdən 21-i saxlanılıb.

Məhkəmə-Tibbi Ekspertiza Şurasında aparılan prosedurlardan sonra 10 nəfər sərbəst buraxılıb.

İş adamı Sayat Zurnacı və müğənni Aytaç Kart məhkəməyə çıxarılıb və barələrində həbs qərarı verilib.

Aktrisa Nilpəri Şahinkaya və keçmiş futbolçu Həsən Şaş isə məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıblar.

Bundan başqa, daha 6 şübhəlinin saxlanılma müddətinin uzadılmasına qərar verilib.

Qeyd edək ki, ötən gün keçirilən əməliyyat zamanı Türkiyənin tanınmış aktyoru Aras Bulud İynemli, aktrisalar Melis Sezen və Afra Saraçoğlu, həmçinin repçi Sefo da saxlanılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button