Ölkə

“Beşiktaş”ın ulduzu zədələndi – Kritik matçda oynamayacaq

Yeni mövsümdə çempionluğun əsas favoritlərindən sayılan Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib. İstanbul təmsilçisinin əsas qol silahlarından olan Leandro Trossard zədələnib.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, həkimlər təcrübəli futbolçunun ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Hazırda həkim nəzarəti altında olan Trossardın səhhəti ilə bağlı yekun qərar oktyabrin əvvəllərində veriləcək.

Qeyd edək ki, “Beşiktaş” oktyabrın 21-də rəqib meydanda “Amedspor”la qarşılaşacaq. Təcrübəli futbolçunun kritik matçda əsas heyətdən kənarda qalması “Beşiktaş” azarkeşlərini məyus edib.

Related Articles

Bir cavab yazın

Back to top button