Şahzadə Diananın qardaşı ilə Kral Çarlz arasında münaqişə böyüyür

Şahzadə Diananın qardaşı Çarlz Spenserlı Kral III Çarlz arasındakı söz atışması davam edir.
Spenser kralı onu “gaslighting” (psixoloji manipulyasiya) etməkdə ittiham edib.
AZERFAX.AZ xəbər verir ki, Spenser bu barədə “Mail on Sunday” nəşrinə danışıb.
Onun sözlərinə görə, səbəb Spenserin yeni xatirə kitabında Diananın ölümündən sonra Kral Çarlzla arasında baş verən söhbəti yazmasıdır. Daha əvvəl xəbər verdiyimiz kimi, Spenserin sözlərinə görə, 1997-ci ildə Diananın dəfn mərasimində mübahisə zamanı Çarlz ona bacısının “tezliklə unudulacağını” deyib.
Bu iddialardan sonra Bukingem sarayı Spenserin sözlərinə dolayı şəkildə cavab verib. Saray bildirib ki, yaxınını itirmək insanın yaddaşına və hadisələri qiymətləndirməsinə təsir göstərə bilər. Spenser isə sarayın bu açıqlamasına sərt reaksiya verib. O, bunun onun dediklərini şübhə altına almaq cəhdi olduğunu bildirib və Çarlzın onu manipulyasiya etdiyini deyib.
“Bu, olduqca təhrikedici idi. Əslində deməyə çalışırdı ki, mən yalan danışıram, amma kral mənim dediklərimi inkar edə bilməzdi”, – Spenser bildirib.
Bildirilib ki, Spenserin “Swan Song: Diana, My Sister” adlı kitabında Diananın evliliyində yaşadığı problemlərdən də bəhs olunur. O, bacısının Çarlzın kral ailəsinin əməkdaşlarından birinə aşiq olduğundan şübhələndiyini yazıb. Lakin Spenser bu iddianı təsdiqləyən sübutunun olmadığını qeyd edib.
Çarlz Spenser kitabı pul və ya qisas məqsədilə yazmadığını bildirib. Onun sözlərinə görə, məqsədi şahidi olduğu hadisələri və onların kontekstini yazıya almaqdır.
Müəllif: Roza



