Ölkə

Media nümayəndələri üçün Qafqaz Albaniyası irsinə dair seminar keçirilir

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə media nümayəndələri üçün “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar keçirilir.

AZERFAX.AZ xəbər verir ki, seminarda tarix elmləri doktoru Həsən Həsənov məruzə ilə çıxış edərək Qafqaz Albaniyasının dövlətçilik tarixi, mənşəyi, mədəni və dini irsi, eləcə də regionun etno-siyasi tarixində tutduğu mövqe barədə ətraflı məlumat verib.

Həsən Həsənov tarixi sənədlər və müxtəlif mənbələr əsasında Qafqaz Albaniyasının Azərbaycan dövlətçilik tarixindəki yerindən danışıb. O, bu tarixi irsin elmi əsaslarla araşdırılmasının, düzgün öyrənilməsinin və ictimaiyyətə obyektiv şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

İnteraktiv formatda keçirilən seminar zamanı media nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb. Eyni zamanda, tarixi faktların kütləvi informasiya vasitələrində dəqiq, obyektiv və elmi mənbələrə əsaslanaraq işıqlandırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Seminarın əsas məqsədlərindən biri media nümayəndələrinin Qafqaz Albaniyasının tarixi və mədəni irsi haqqında məlumatlılığının artırılması, bu mövzuda yayımlanan materiallarda elmi yanaşmanın təşviq edilməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button